Barselona və digər nəhənglər 19 yaşlı liviyalıya elçi düşüb

17.11.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Barselona"  Almaniyanın "Köln" klubunda oynayan 19 yaşlı sol cinah oyunçusu Said El Mal ilə maraqlanır. Sport24.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya nəhəngi cari futbol mövsümü bitdikdən sonra oyunçu ilə müqavilə imzalamağı düşünür.

Liviya kökləri olan gənc oyunçu bu yaxınlarda Almaniyanın əsas millisinə dəvət alıb. "Barselona"dan başqa, cinah oyunçusu digər aparıcı Bundesliqa klubları və bir neçə Avropa komandası tərəfindən də yaxından izlənilir.

Almaniyadakı mənbələrə görə, "Köln" istedadlı oyunçusunu satmaq üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Alman klubu Said El Malı ən azı 30 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqanın 10 oyununda meydana çıxıb, 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью