“Barselona” və “Liverpul”dan qələbə ÇL də gecənin nəticələri

22.01.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

“Benfika” Portuqaliyada İspaniyanın “Barselona” klubunu qəbul edib. Qonaqlar geridə olmalarına baxmayaraq, son saniyələrdə vurduqları qolla 5:4 hesablı qələbə qazanıblar.

“Atletiko” isə Madrid şəhərində Almaniya “Bayer”ini məğlub edib - 2:1.

Fransanın “Lill” klubu isə İngiltərədə “Liverpul”a 1:2 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, VII tur

“Monako” (Fransa) - “Aston Villa” (İngiltərə) - 1:0

“Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) - 5:0

“Liverpul” (İngiltərə) - “Lill” (Fransa) - 2:1

“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) - 4:5

“Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) - 2:3

“Atletiko” (İspaniya) - “Bayer” (Almaniya) - 2:1

“Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya) - 1:3

“Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) - 2:1

“Brügge” (Belçika) - “Yuventus” (İtaliya) - 0:0.

Qeyd edək ki, VII turun növbəti oyunları bu gün təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью