“Barselona” və “Real” barışıq əldə edə bilmədi

25.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Barselona” və “Real” barışıq əldə edə bilmədi

“Barselona” və “Real” klubları arasında yaranmış mübahisənin həlli istiqamətində aparılan danışıqlar nəticəsiz qalıb.

QOL.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mübahisə “Real”ın prezidenti Florentino Peresin may ayında Xose Mariya Enrikes Neqreyra işi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranıb. O, hakimlərin qərarları səbəbindən Madrid klubunun 7 çempionluq titulundan məhrum edildiyini iddia etmişdi.

Bundan sonra “Barselona” Peresin açıqlamalarına görə onu məhkəməyə verməyə hazırlaşdığını bildirmişdi. İyun ayında Kataloniya təmsilçisi mübahisənin məhkəməyə qədər həlli məqsədilə rəsmi barışıq proseduruna başlayaraq “Real” prezidentindən sözlərindən imtina etməsini tələb etmişdi.

Bu gün keçirilən dinləmələrdə isə klubların hüquqşünasları ortaq razılığa gələ bilməyiblər. “Barselona” bundan sonra da məsələ ilə bağlı hüquqi müstəvidə fəaliyyətini davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью