Barselona və Real Madridin əfsanələri üzüzə gələcəklər

12.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona" və "Real Madrid"ın əfsanələri Yaponiyada keçiriləcək "El-Klasiko" matçında üz-üzə gələcəklər.

"Ölkə.az" xəbər verir ki, görüş dekabrın 15-də keçiriləcək.

"Barselona"nın heyətində Xavi, Andres İnyesta, Rafael Markes, Xavyer Maskerano, Rivaldo, Boyan Krkiç, Xavyer Saviola, Ludoviq Jüli, Adriano, Qaiska Mendieta və digərləri iştirak edəcəklər.

Kataloniyalıları "El-Klasiko"ya Albert Ferrer çıxaracaq. "Real Madrid"in heyəti hələ tam bəlli deyil.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью