Barselona Virtzin transferi üçün hərəkətə keçdi

18.02.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Bayer"in alman yarımmüdafiəçisi Florian Virtz karyerasını "Barselona"da davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. 

Dəyəri Transfermarkt tərəfindən 140 milyon avro olaraq qiymətləndirilən 21 yaşlı futbolçu Kataloniya təmsilçisinin əsas transfer hədəfidir. 

La Liqa klubunun prezidenti Joan Laporta və idman direktoru Deko artıq transfer üzərində işə başlayıblar.

Futbolçu ilə "Real" və "Mançester Siti" də yaxından maraqlanır. Sözügedən klublar ona "Barselona"dan daha yüksək maaş da təklif edə bilərlər.

Qeyd edək ki, Florian Virtz bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью