Barselona ya Fliki qovmaq tövsiyyə olundu AÇIQLAMA

23.01.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Polşa millisinin keçmiş qapıçısı Yan Tomaşevski "Barselona"nın baş məşqçisi Hansi Fliki sərt tənqid edib. 

Fanat.Az xəbər verir ki, veteran qolkiper Kataloniya təmsilçisinin fiziki və psixoloji cəhətdən zəif göründüyünü, oyunçuların çoxunun optimal səviyyədən çox uzaq olduğunu bildirib:

"Sport.es" Tomaşevskinin dediklərini belə çatdırıb: 

"Barselona"nın oyunçuları çaşqınlıq içindədirlər. Flik cəsarətli görünməyə çalışır, amma reallıq fərqlidir. Hazırda oyunçular potensiallarının yalnız 40-50 faizi ilə çıxış edirlər. Doqquz oyunçu ağır xəsarət səbəbindən yox, bədənlərinin gərginliyə tab gətirə bilməməsinı görə zədələnib. 
Flik Çempionlar Liqasını qazanmalıdır. Bu baş tutmasa, o, qovulmalıdır. O, bu komanda üçün uyğun deyil. "Barselona"nın əla heyəti var, amma onun rəhbərliyi altında oyunçular yarıçılpaq görünürlər"

Xatırladaq ki, 2024-cü ilin yayında "Barselona"nı idarə edən Flik bir ildən bir az çox müddətdə uğurlu nəticələr əldə edib. Onun rəhbərliyi altında katalonlar 2024/25 mövsümündə İspaniya La Liqasını və İspaniya Kubokunu qazanaraq "dubl"a imza atıblar, həmçinin ardıcıl iki dəfə İspaniya Superkubokunu (2025 və 2026) əldə ediblər və hər dəfə finalda "Real Madrid"i məğlubiyyətə uğradıblar.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью