Barselona ya keçməyi hədəfləyir, klub isə tərəddüd edir

04.02.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"ya keçməyi hədəfləyir, klub isə tərəddüd edir

İngiltərə çempionu "Mançester Siti"nin aparıcı futbolçusu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək niyyətindədir.

QOL.az "Diario SPORT"a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Barselona"ya keçməyi planlaşdırır.

Məlumata görə, ulduz futbolçu Kataloniya klubunun rəhbərliyinə bu yay "şəhərlilər"lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandaya qoşulmaq istəyini bildirib. Lakin "Barselona" rəhbərliyi bu keçidə bir qədər tərəddüdlə yanaşır. Klub rəsmiləri təcrübəli oyunçunun transferinin nə dərəcədə məqsədəuyğun olduğuna hələ tam əmin deyillər.

Qeyd edək ki, Silva 2017-ci ildə "Monako"dan 50 milyon avro qarşılığında "Mançester Siti"yə keçib. O, cari mövsümdə İngiltərə klubunun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью