Barselona Yamalın zədəsinin ciddi olduğunu açıqladı

16.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın zədələnən futbolçusu Lamin Yamalın durumu açıqlanıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı vinger 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

İspaniyalı futbolçu La Liqanın son turunda "Leqanes"ə uduzduqları oyununda zədələnmişdi. Onun topuğunda 1-ci dərəcəli zədə aşkarlanıb.

Qeyd edək ki, Yamal "Barselona"nın heyətində bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 12  qolun ötürməsini verib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью