Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona" futbolçusu Lamin Yamalla müqavilə müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb. Yeni sözləşmə 2031-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində 55 oyuna çıxaraq 18 qol vurub və 25 qolun ötürməsini edib. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.