“Barselona” yeddi oyunda 30 qol vurdu

17.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Barselona” 2026/27 mövsümünün startında yüksək məhsuldarlığı ilə diqqət çəkir.

İdman.Biz xəbər verir ki, Kataloniya klubu bütün turnirlərdə keçirdiyi yeddinci matçda 30-cu qolunu vurub.

Yubiley qolu La Liqanın altıncı turunda “Rasinq”lə görüşdə vurulub. “Barselona”nın dördüncü qolunun müəllifi Rafinya olub. Fasiləyə qədər Hans-Diter Flikin komandası 4:1 hesabı ilə öndədir.

Beləliklə, “Barselona”nın cari mövsümdə orta məhsuldarlığı hər oyuna 4 qoldan çoxdur.

Kataloniya klubu Çempionlar Liqasına da uğurlu start verib. Komanda ilk turda “Feyenoord”u 5:1 hesabı ilə darmadağın edib.

“Barselona” “Rasinq” üzərində qələbə qazansa, La Liqada altı turdan sonra mümkün 18 xaldan 18-ni toplamış olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью