“Barselona” yenə “Jirona”ya elçi düşüb

22.08.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Barselona"nın Primeranın 4-cü turunda "Valensiya" ilə ev oyunu başqa şəhərdə baş tutacaq.

İdman.biz xəbər verir ki, klub rəhbərliyi artıq bu qarşılaşmanın "Jirona"nın stadionunda keçirmək üçün danışıqlara başlayıb.

Kataloniyalılar hələlik doğma "Kamp Nou"da oyun keçirə bilmirlər. Səbəb klubun müvafiq lisenziyanı almamasıdır.

Əvəzində “Barselona” Olimpiya Stadionundan fevralın sonuna qədər istifadə etmək üçün bələdiyyə ilə razılığa gəlib.

Qeyd edək ki, klub ötən mövsüm məhz bu arenada çıxış edib. Razılaşmaya “Barselona” üçün mövsümün ilk ev matçı, sentyabrın 14-də “Valensiya”ya qarşı keçirəcəyi oyun daxil deyil. Həmin gün konsert planlaşdırıldığından Olimpiya Stadionunda futbol matçı keçirilə bilməz.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью