Barselona yeni hücumçu ala bilər | Icma.az
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın "Barselona" klubunun futbolçuları Pedri və Lamin Yamal yeni hücumçu alınmasını istəyirlər.
Sfera.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, onlar komandaya topla oynamaqda kömək edəcək forvardın heyətə cəlb olunmasını tələb edirlər.
Hər ikisi pressinq qabiliyyətinə malik futbolçunun hücumda daha təhlükəli ola biləcəyini söyləyiblər.
Kataloniya təmsilçisinin rəhbərliyi bu mövqe üçün iki oyunçunu nəzərdən keçirir.
Bunlar İtaliyanın "Yuventus" komandasından Duşan Vlahoviç və İngiltərənin "Nyukasl" klubundan Aleksandr İsakdır.
Bunun "Barselona"nın hazırkı hücumçusu Robert Levandovskinin ambisiyalarına ciddi zərbə ola biləcəyi də bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu