“Barselona” yeni oyunçu aldı

18.07.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Barselona” Runi Bardeqqini transfer edib.
"Football-plus.az" xəbər verir ki, 19 yaşlı cinah hücumçusu İspaniya klubuna “Kopenhagen”dən keçib. Yeniyetmə futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. İsveçli forvard uşaqlıqdan “Barselona”nın azarkeşi olduğu üçün “Malyorka” və “Portu”dan gələn təklifləri rədd edib.
Runi 2024/25 mövsümündə ağır zədə səbəbindən Danimarka çempionatının yüksək liqasında cəmi 5 oyun keçirib. 2023/24 mövsümündə isə 23 matçda 7 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью