Barselona yeni stadionuna nə vaxt qayıdır?

17.11.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona" İspaniya La Liqasının XIII turunda "Atletik”i yenidən təmir olunmuş "Kamp Nou" stadionunda qəbul edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumat klubun X sosial hesabında paylaşılıb.

Qarşılaşma noyabrın 22-də keçiriləcək.

Kataloniya təmsilçisi sonuncu dəfə bu arenada 2023-cü il mayın 28-də meydana çıxıb. İspaniya çempionatının XXXVII turuna təsadüf edən matçda (3:0) rəqib "Malyorka" olub.

Xatırladaq ki, "Kamp Nou" 2023-cü ilin yayında təmirə bağlanıb. “Barselona” bu mövsümün əvvəlində arena üçün əməliyyat lisenziyası ala bilmədiyi üçün ev oyunlarını "Olympik Lyuis Kompanis" stadionunda keçirib.

Kataloniyalılar 12 oyundan sonra 28 xalla turnir cədvəlində ikinci yerdədir. Komandanı lider "Real Madrid"dən cəmi 3 xal ayırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью