Barselona yeni ulduzunu açıqlayacaq

11.07.2025

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Barselona” klubu bu gün yeni transferini açıqlayacaq.

Sitat.info məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Danimarkanın “Kopenhagen” komandasından Runi Bardaci ilə müqavilə bağlayacaq.

İsveçli oyunçunun artıq Barselona şəhərində olduğu bildirilir.

“Barselona” 20 yaşlı cinah yarımmüdafiəçisinin keçidinə görə qarşı tərəfə 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, Runi Bardaci “Kopenhagen”də keçirdiyi 84 oyunda 15 qol və bir məhsuldar ötürmə müəllifi olub. O, İsveçin U-21 yığmasının üzvüdür.

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью