Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Barselona” klubu növbəti mövsümdə ev oyunlarını “Kamp Nou” stadionunda keçirməyəcək.
QOL.az xəbər verir ki, ESPN-in məlumatına görə, Kataloniya təmsilçisi gələn mövsüm qarşılaşmalarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirəcək. “Barselona”nın yenidən təmir olunan “Kamp Nou”ya 2028-ci ilin yanvarında qayıtması planlaşdırılır.
Klubun xəzinədarı Ferran Olive ümumi yığıncaq zamanı bildirib ki, komanda hazırkı mövsümü əsas stadionunda başa vuracaq. Növbəti mövsüm isə “Monjuik” kimi də tanınan “Olimpik Lyuis Kompanis” arenasında başlayacaq.
“Kamp Nou”ya qayıdış zamanı stadionun tutumu 95 min tamaşaçı olacaq. 2028/29 mövsümündən əvvəl isə bu rəqəmin 105 minə çatdırılması planlaşdırılır.
“Barselona”nın müvəqqəti stadionda iki mövsüm keçirməsi klub üçün təxminən 17 milyon avro əməliyyat xərci yaradıb. Bundan başqa, köçlə bağlı 24 milyon avro əlavə vəsait xərclənib.
Yenilənmiş “Kamp Nou” 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. UEFA daha əvvəl finalın Kataloniya stadionunda keçirilməsinə qərar verib. “Kamp Nou” 1989 və 1999-cu illərdə də Çempionlar Liqasının final matçlarını qəbul edib.
Bizi İnstaqramda izləmək üçün kliklə!