Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daniel Olmonun zədələnməsi “Barselona”nı xüsusi metoda əl atmağa vadar edib.
"Football-plus az" xəbər verir ki, yarımmüdafiəçi mümkün zədələrin qarşısını almaq üçün xüsusi genetik analizdən keçib.
“Mundo Deportivo”nun məlumatına görə, komandanın məşqçilər korpusu bu araşdırma sayəsində futbolçunun səhhətinə dəyə biləcək zərəri minimuma endirmək üçün məşq proqramını tənzimləyə biləcək. Məşqçilər komandanın digər oyunçularının da bu genetik analizdən keçməsini istəyirlər.
Üstəlik, belə bir prosedurdan keçmə prosesi sadələşdirilib. Çünki əvvəllər bu test yalnız ABŞ-nin Baltimor şəhərindəki laboratoriyalarda edilə bilərdi, indi isə İspaniyada da aparılır.