Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın Rafinyanın yaxınlaşan mühüm matçlarda iştirak edə bilməyəcəyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, mətbuat konfransında zədə situasiyasına toxunan almaniyalı mütəxəssis hücumçunun fiziki durumu ilə bağlı risk etmək istəmədiklərini deyib:
“Rafinya "Xetafe" və "Qalatasaray" ilə oyunlarda meydanda ola bilməyəcək. Bu ciddi bir zədə deyil, lakin biz ehtiyatlı olmalıyıq”. Dördpendirli pizza
Braziliya milli komandasının heyətindən kiçik narahatlıqla qayıdan ulduz futbolçunun yoxluğu Kataloniya təmsilçisi üçün həm La Liqa, həm də UEFA Çempionlar Liqasındakı mühüm qarşılaşmalar öncəsi ciddi itki kimi qiymətləndirilir.