“Barselona”da ağır zədə

11.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Barselona”nın vingeri Runi Bardaqci ağır zədə alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Tibbi müayinədən keçən 20 yaşlı futbolçunun sağ dizində çarpaz bağların zədələndiyi müəyyən edilib. Məşq zamanı zədələnən isveçli vinger əməliyyat olunacaq. Onun 6–7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bardaqci 2025-ci ilin yayında “Kopenhagen”dən “Barselona”ya transfer olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью