Barselonada ciddi itki: 1 ay oynamayacaq

14.11.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

News24.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Ansu Fati sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger komandanın dünən baş tutan məşqində ayaq əzələsindən zədə alıb. 22 yaşlı ön xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq

qalacaq.

Qeyd edək ki, Ansu Fati bu mövsüm "Barselona"nın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью