futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Barselona” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Rooni Barci zədələnib. Çarpaz bağları zədələnən futbolçu azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Barselona” Roonini icarəyə verməyi planlaşdırırdı.
İsveçli futbolçu 2025-ci ildən kataloniyalılarda çıxış edir. O, ötən mövsüm La Liqada 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.