“Barselona”da ciddi itki İdmanXəbər

13.01.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Barselona”nın müdafiəçisi İniqo Martines İspaniya Superkubokunun “Real”la görüşündə (5:2) zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı ispaniyalı 28-ci dəqiqədə Ronald Arauxo ilə əvəzlənib. Müdafiəçinin zədə səbəbindən növbəti 5 həftəni buraxacağı və buna görə də Çempionlar Liqasında “Benfika” və “Atalanta” ilə matçlarda oynamayacağı gözlənilir.

Bu mövsüm Martines “Barselona”nın heyətində 27 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью