“Barselona”da Flik planı

17.01.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Barselona” baş məşqçisi Hans-Diter Fliklə mövsümün sonunda müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “sport.es” saytı məlumat yayıb. Kataloniya klubu yayda mütəxəssislə uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.

Flikin indiki müqaviləsi 2026-cı ilin yayına kimidir.

“Barselona” La Liqada 19 turdan sonra 3-cü sıradadır. Komanda bir neçə gün əvvəl İspaniya Superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью