Barselonada güclü yağışlar 2 nəfərin həyatına son qoyub

05.10.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Barselonada güclü yağışlar ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniyada qırmızı həyəcan siqnalı verilib, qatar və metro xidmətlərində ciddi fasilələr əmələ gəlib.

Tordera rayonunda divarın uçması nəticəsində 65 yaşlı bir kişi ölüb.

Yanğınsöndürənlər həmçinin Montornes rayonunda bir nəfərin həlak olduğunu və Pineda de Marda çayın daşması nəticəsində bir nəfərin itkin düşdüyünü açıqlayıblar.

Kataloniyada bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Təcili yardım xidmətlərinə 5 mindən çox müraciət olub.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью