Barselonada itki

25.12.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın sağ cinah yarımmüdafiəçisi Ferran Torres zədələnib.

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Futbolçu La Liqanın 18-ci turunda "Atletiko" ilə oyunu əzələsindən zədə alıb.

Tibbi müayinədən sonra 24 yaşlı oyunçunun durumunun ciddi olmadığı məlum olub. Lakin Torres İspaniya kubokunun 1/16 finalında "Barbastro" ilə görüşdə (4 yanvar) komandasına kömək edə bilməyəcək. Bildirilir ki, onun ölkə Superkubokunun yarımfinalında “Atletik”lə matçda (yanvarın 8-də) iştirakı da şübhə altındadır.

Qeyd edək ki, F.Torres bu mövsüm bütün yarışlarda 16 matça çıxıb, 5 qol vurub və 2 qolun ötürməsini verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью