Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Barselona” futbolçusu Rafinya ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sport.es” saytı məlumat yayıb. Kataloniya klubu braziliyalı hücumçu ilə danışıqlara start verib.
29 yaşlı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. Komandnaın kapitanı bu mövsüm La Liqada 5 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Rafinyanın hazırkı anlaşması 2028-ci ilin yayına kimidir.