“Barselona”da Kunde problemi davam edir

29.10.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Barselona”nın müdafiəçisi Jül Kundenin zədəsi ilə bağlı problem davam edir. Fransalı futbolçunun La Liqanın növbəti turunda “Alaves”lə qarşılaşmada da iştirak etməyəcəyi gözlənilir.

İdman.Biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, topuq nahiyəsindən zədələnən 27 yaşlı futbolçu hələ də tam sağalmayıb. Kunde ardıcıl ikinci gündür komandanın məşqlərinə qatılmır.

Həftənin əvvəlində müdafiəçinin tezliklə sıraya qayıdacağına ümid edilsə də, bərpa prosesi gözləniləndən uzun çəkir. Kataloniya klubunda futbolçunun meydana çıxmasının riskli olduğu qənaətinə gəlinib.

Kunde “Real Betis”lə görüşdə topuğundan zədələnib. O, bundan sonra PSJ və “Real Madrid”lə keçirilən qarşılaşmaları buraxıb. “Barselona” hər iki oyunda məğlub olub.

Fransalı müdafiəçinin “Alaves”lə matçda da iştirak etməyəcəyi gözlənilir. Klub futbolçunun tam sağalmasına üstünlük verir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью