futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Capology” portalı Kataloniya “Barselona”sının ən yüksək ödənişli futbolçularının yenilənmiş reytinq siyahısını təqdim edib.
Futbolpress.az xəbər verir ki, maaş cədvəlinin zirvəsində yarımmüdafiəçi Rodri və vinger Lamin Yamal bərabər göstərici ilə yer alıblar. Hər iki futbolçunun vergilər ödənilənədək (brutto) illik məvacibi 31 250 000 avro təşkil edir.
Yaz-yay transfer pəncərəsində heyətə qatılan yeni futbolçular komandanın maliyyə strukturuna ciddi təsir göstərib. Siyahının ilk pilləsində qərarlaşan Rodri ilə yanaşı, almaniyalı hücumçu Karim Adeyemi 15 630 000 avro illik məvaciblə 8-ci, ingiltərəli vinger Entoni Qordon isə 15 000 000 avro qazanc ilə 9-cu pillədə qərarlaşıb.
Siyahının ilk yarısında liderlərin ardınca Rafinya (20 840 000 €), Jül Kunde (19 550 000 €) və 2026/27 mövsümünü icarə əsasında “Ayaks”da keçirən Mark-Andre ter Ştegen (18 230 000 €) qərarlaşıb. Onluğun aşağı hissəsində isə Frenki de Yonq (18 020 000 €), Pedri (16 000 000 €) və illik məvacibi 14 000 000 avro olan Dani Olmo yer alıb.