Barselonada maraqlı TAPINTI

27.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspan arxeoloqları Barselonanın keçmiş balıq bazarı ərazisində aparılan qazıntılar zamanı XV-XVI əsrlərə aid böyük orta əsr gəmisinin qalıqlarını tapıblar.

Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, 10 metr uzunluğunda və 3 metr enində olan gəmi dəniz səviyyəsindən 5 metr dərinlikdə qorunub saxlanılıb.

Taxta və dəmir mismarlar ilə bərkidilmiş gəmi gövdəsində 30-dan çox taxta "qabırğa" aşkarlanıb.

Alimlər qeyd edirlər ki, bu konstruksiya Aralıq dənizi orta əsr gəmiləri üçün xarakterikdir. Onlar ümid edirlər ki, bu tapıntı orta əsrlərdə gəmiqayırma texnologiyalarını daha yaxşı anlamağa kömək edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью