“Barselona”da qapıçı problemi var

07.10.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona”da qapıçı problemi var

“Barselona”nın əsas qapıçısı Joan Qarsia “Xetafe” ilə oyunu buraxa bilər

QOL.az xəbər verir ki, Qarsia beynəlxalq fasilədən əvvəl zədələnib. Baş məşqçi Hans Diter Flik onun yoxluğunda Dominik Livakoviçə üstünlük verməyə hazırlaşır.

Qarsianın bərpa prosesində ciddi problem yoxdur. Lakin “Diario AS”ın məlumatına görə, Flik və klubun tibbi heyəti onun dönüşünü tələsmədən həyata keçirməyi planlaşdırır.

Bu səbəbdən qapıçının təxminən 4 həftə meydandan kənarda qalacağı bildirilir. Qarsianın bərpasında hər hansı problem yaranacağı təqdirdə belə, Flikin yanvarda yeni qapıçı transfer etməyi planlaşdırmadığı qeyd olunur. 

Qeyd edək ki, "Xetafe" ilə matç oktyabrın 10-da keçiriləcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью