Barselonada transfer yarışına qoşuldu

10.01.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Reşfordu hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Yuventus", "Milan", "Borussiya" (Dortmund) ilə bərabər Kataloniya klubu da 27 yaşlı ingiltərəli hücumçunun icarə şərtləri ilə bağlı məlumatlandırılıb. "Barselona" və futbolçunun təmsilçiləri arasında danışıqlar artıq bu həftə başlayıb. 

Qeyd olunur ki, digər klublar kimi, İspaniya təmsilçisi qərar verməyib və məsələ ilkin mərhələlərdədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью