“Barselona”da Yamal narahatlığı

02.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona” rəhbərliyi gənc futbolçu Lamin Yamalın gələcəyindən narahatdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Kataloniya klubu gənc oyunçunun sürətlə populyarlaşmasından və bunun onun karyerasına zərər vura biləcəyindən narahatdır. Rəhbərlik və məşqçilər heyəti oyunçunu nəzarətdə saxlamaq və onunla tez-tez söhbətlər aparmaq niyyətindədir.

Yamal ötən mövsüm “Barselona”da debüt edib və qısa zamanda komandanın aparıcı üzvünə çevrilib. O, bu il Avropa çempionu olan İspaniya yığmasının da əsas fiqurlarından biri idi.

17 yaşlı vinger bu mövsüm La Liqada 4 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью