“Barselona”dan ayrıla bilər

27.09.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Barselona”dan ayrıla bilər

“Barselona”nın yarımmüdafiəçisi Qavi komandadakı mövqeyindən narazıdır.

QOL.az xəbər verir ki, 22 yaşlı futbolçu hazırda Kataloniya klubunun əsas heyətində yer almır. Bu səbəbdən o, İspaniya millisinin hazırkı toplanışına da çağırılmayıb.

“El Nacional” nəşrinin məlumatına görə, Qavi çıxış yolu olaraq klubunu dəyişə bilər. İspaniyalı futbolçu ilə “Mançester Yunayted” və PSJ maraqlanır.

“Mançester Yunayted”in daha əvvəl də Qavini transfer etməyə çalışdığı və futbolçu üçün yenidən təklif göndərə biləcəyi bildirilir. PSJ-nin baş məşqçisi Luis Enrike də yarımmüdafiəçi ilə işləməyə maraq göstərir.

Qeyd edək ki, “Transfermarkt” portalı Qavinin bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью