“Barselona”dan birdəfəlik ayrıldı, bu kluba keçdi

09.06.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müqavilə ilə "Barselona"ya məxsus olan Kleman Lanqle klubdan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Son mövsümü icarə əsasında "Atletiko"da keçirən 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ardınca “Atletiko” rəsmi saytı vasitəsilə Lanqlenin birdəfəlik transfer etdiklərini açıqlayıb. Madrid klubu onunla 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью