“Barselona”dan “Borussiya”ya maraqlı təklif İdmanXəbər

07.11.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu  “Borussiya”da çıxış edən Kərim Adeyemini transfer etmək istəyir. Rəhbərlik Dortmund təmsilçisinə edəcəyi təklifi də hazırlayıb. Belə ki, Adeyemiyə qarşılıq Ferran Torres və əlavə olaraq 15 milyon avro təklif ediləcək.

Futbolçu bu mövsüm “Borussiya”nın heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью