​Barselonadan daha bir antirekord

22.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

İspaniyanın "Barselona" klubu antirekordunu təkrarlayıb.

Metbuat.az bildirir ki, "Report"un məlumatına görə, bu, Kataloniya təmsilçisinin La Liqanın XVIII turunda doğma meydanda "Atletiko"ya uduzması (1:2) ilə reallaşıb.

Komanda yerli çempionatda evdə keçirdiyi ardıcıl üç matçda məğlub olub. 1965 və 1987-ci illərdə də eyni nəticə qeydə alınıb.

Qeyd edək ki, "Barselona" daha əvvəl doğma meydanda "Las Palmas"a (1:2) və "Leqanes"ə (0:1) yenilib. Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv hazırda La Liqada 19 oyundan sonra 38 xalla ikinci pillə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью