Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”dan doğma meydanda darmadağın
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İspaniya La Liqasının 13-cü turunda “Barselona” doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.
QOL.az xəbər verir ki, “Kamp Nou” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Robert Levandovski açıb. İlk hissənin əlavə vaxtında və 90-cı dəqiqədə fərqlənən Ferran Torres dubl edib. Komandanın digər qolunu isə 48-ci dəqiqədə Fermin Lopez vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Barselona” lider “Real”a çatıb. 17 xalı olan Bilbao təmsilçisi isə 8-ci pillədə qərarlaşıb.