Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”dan “El Klasiko”ya xüsusi forma
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Barselona" "Real"la növbəti qarşılaşmaya yenilənmiş forma ilə çıxacaq.
QOL.az xəbər verir ki,Kataloniya klubunun formasında amerikalı müğənni və aktrisa Olivia Rodriqonın loqosu yer alacaq. O, “Drivers License”, “Vampire” və “Good 4 U” hitləri ilə geniş populyarlıq qazanıb.
Məlumata görə, bu addım klubun titul sponsoru olan Spotify ilə əməkdaşlıq çərçivəsində atılıb. “Barselona” ənənəvi olaraq “El Klasiko” matçlarında standart loqonu məşhur ifaçıların simvolları ilə əvəz edir. Daha əvvəl komandanın formasında Drake, Rosalía, The Rolling Stones və Karol G kimi məşhurların loqoları yer alıb.
Qeyd edək ki, “Barselona” – “Real” oyunu mayın 10-da keçiriləcək.