“Barselona”dan gözlənilməz nəticə: Öz meydanında uduzdu KONKRET

30.11.2024

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya çempionatının 15-ci turunda lider “Barselona” aşağı pillələrdə qərarlaşan “Las Palmas”la üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, Kataloniyada baş tutan matç gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb.

Matçda əsas hadisələr ikinci hissədə cərəyan edib. Hesabı 49-cu dəqiqədə “Las Palmas”ın yarımmüdafiəçisi Sandro Ramires açıb. 61-ci dəqiqədə “Barselona” Rafinyanın qolu sayəsində hesabı bərabərləşdirib. 67-ci dəqiqədə qonaqlar Fabio Silvanın qolu ilə yenidən hesabda önə keçiblər – 1:2.

Beləliklə də, hazırda “Barselona” 15 matçdan 34 xal toplayıb və birinci yerdədir. “Las Palmas” isə turnir cədvəlinin 14-cü pilləsində yer alıb.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью