Barselonadan İrəvana uçan təyyarə 12 saat gecikib

18.08.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın Barselona şəhərindən İrəvana uçan sərnişin təyyarəsi ön şüşəsi və burnunun zədələnməsi səbəbindən Ermənistana təxminən 12 saat gec gəlib.

Bakıvaxtı.az xəbər verir ki, “FlyOne Armenia” aviaşirkətinə məxsus təyyarənin şüşəsində çatlar əmələ gəlib və sərnişinlər İrəvandan başqa bir təyyarənin gəlməsini təxminən 6 saat gözləməli olublar.

Ermənistanın Mülki Aviasiya Komitəsindən də bildirilib ki, gecikmə təyyarədəki texniki problemlə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью