Barselonadan Kvaratsxeliya üçün 80 milyon avro

16.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Kataloniya klubu 23 yaşlı gürcüstanlı vinger üçün 80 milyon avro təklif etməyə hazırdır. "Barselona"nın "Atletik"in (Bilbao) futbolçusu Niko Uilliamsı artıq transfer etməyəcəyi bildirilir. 

Qeyd edək ki, Xviça Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью