Barselonadan Parisə üz tutacaq

14.08.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə transfer olunacaq.
"Football-plus.az" xəbər verir ki, Fransa klubu 26 yaşlı futbolçunun keçidi üçün təxminən 50 milyon avro ödəyəcək. Torreslə artıq 4 illik müqavilə üzrə razılıq əldə olunub. Tərəflər arasında danışıqlar bir neçə gün davam edib və transferin avqustun 12-dək rəsmiləşdirilməsi planlaşdırılır. Həmin gün İspaniya yığmasının DÇ-2026-da iştirak edən futbolçularının “Barselona” ilə məşqlərə qayıtması gözlənilir.
Ferran “Barselona”da 2022-ci ilin yanvarından çıxış edir. O, Kataloniya klubu ilə İspaniyada 7 titul qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью