“Barselona”dan qələbə, “Mançester Siti”dən məğlubiyyət | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə məğlub edib.
İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2 hesabı ilə uduzub.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb.
Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, VI tur “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) - 3:1 “Lill” (Fransa) - “Şturm” (Avstriya) - 3:2 “Borussiya” (Almaniya, Dortmund) - “Barselona” (İspaniya) - 2:3 “Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:0 “Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0 “Arsenal” (İngiltərə) - “Monako” (Fransa) - 3:0 “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 2:1 “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) - 4:2 “Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:1 Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci il yanvarın 21-i və 22-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu