“Barselona”dan qəribə addım: “Kamp Nou” mərasim evi

12.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Barselona" klubu "Kamp Nou" stadionunda "Memorial FC Barcelona" adlı xüsusi xatirə məkanının layihəsini təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, azarkeşlər yaxınlarının külünü stadionda yerləşən 26 min xüsusi saxlanca yerləşdirə biləcəklər.

Xidmətin qiyməti 10 il müddətinə 2490 avro, 50 il müddətinə isə 6000 avro təşkil edir. Bundan əlavə, hər il 70 avro texniki xidmət haqqı ödənilməlidir. Bakıda online alış-veriş

Layihənin 2027-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır. Təxminən 1500 kvadratmetr ərazini əhatə edəcək memorial stadionun meydançasına yaxın hissəsində yerləşəcək və burada 9000 xatirə lövhəsinin quraşdırılması nəzərdə tutulur.

Bu xidmətdən yararlanmaq üçün klubun üzvü olmaq tələb edilmir və layihə dünyanın hər yerindən olan "Barselona" azarkeşləri üçün açıq olacaq.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью