“Barselona”dan Rafinyanın durumu ilə bağlı açıqlama

26.09.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona” braziliyalı hücumçusu Rafinyanın durumu ilə bağlı məlumat yayıb.

QOL.az xəbər verir ki, futbolçu sağ budun arxa hissəsində – dizaltı vətərin orta nahiyəsindən zədə alıb.

Rafinya təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən o, oktyabrın 1-də Çempionlar Liqasının 2-ci turunda PSJ ilə oyunu buraxacaq.

Qeyd edək ki, Rafinya La Liqanın 6-cı turunda “Oviedo” ilə görüşdə (3:1) zədələnərək 66-cı dəqiqədə əvəz olunmuşdu. Sonradan onun komanda ilə məşq etmədiyi və fərdi olaraq idman zalında çalışdığı açıqlanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью