Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” klubu “Mançester Siti”nin hücumçusu Kerolini 1,5 milyon avroya heyətinə qatdığını rəsmən bəyan edib.
Futbolpress.az xəbər verir ki, bu keçid Qadınlar Super Liqası (WSL) tarixinin ən bahalı satışı olaraq tarixə düşüb.
Kataloniya təmsilçisi ilə 4 illik müqavilə imzalayan Kerolin klubun bu transfer dövründəki əsas itkilərindən sonra komandaya qoşulub. Bu yay “Barselona”nın əsas ulduzlarından Aleksiyan Putelyas və Mapi Leon WSL təmsilçisi “London Siti Layones”ə, Salma Paralyuelo isə Çempionlar Liqasının son finalçısı “Lion”a keçib.
2025-ci ilin yanvarında “Mançester Siti”yə gələn Kerolin bu komandanın heyətində keçirdiyi 26 çempionat matçında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
2025/2026 mövsümündə 15 oyunda 9 qol vurub 5 asist edən 26 yaşlı braziliyalı “Siti”nin 2016-cı ildən sonra ilk dəfə çempionluq yaşamasına və İngiltərə Kubokunu qazanmasına böyük töhfə verib.