“Barselona”dan unikal göstərici

02.10.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” Çempionlar Liqasının Liqa mərhələsinin II turunda PSJ-yə uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb. Belə ki, “Barselona” ardıcıl 45-ci rəsmi oyunda qol vurub. Komanda sonuncu dəfə 2024-cü ilin dekabrında “Leqanes”lə matçda fərqlənə bilməyib – 0:1.

İspaniya futbolunda ardıcıl qol vurulan oyun sayında rekordçu “Real”dır. Madridlilər 2016-2017-ci illərdə ardıcıl 73 oyunda fərqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью