Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Kataloniya təmsilçisi "Barselona" qış transfer pəncərəsində müdafiə xəttini təcrübəli futbolçu ilə möhkəmləndirmək niyyətindədir.
"Yeni Sabah" xəbər verir ki, klub rəhbərliyi Pau Kubarsi ilə tandem təşkil edə biləcək mərkəz müdafiəçisi axtarışındadır və bu çərçivədə "Bavariya"nın futbolçusu Conatan Tahın transferi üçün artıq ilk addımları atıb.
İnsayder Florian Plettenberqin verdiyi məlumata görə, "Barselona"nın idman direktoru Deko və baş məşqçi Hansi Flik 30 yaşlı alman müdafiəçinin keyfiyyətlərinə bələddirlər və onun oyununu yüksək qiymətləndirirlər. Elektronika məhsulları
Kataloniya təmsilçisinin qış transfer pəncərəsində Münhen təmsilçisinə təklif göndərməsi gözlənilir.