futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Barselona” futbolçusu Lamin Yamal ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı vingerin sözləşməsi 2031-ci ilin yayına kimi artırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Barselona”nın yeni müqaviləni bu gün açıqlayacağı gözlənilir.
Lamin Yamal La Liqada son mövsümdə 35 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.