“Barselona”nı tərk edir | Icma.az
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mark-Andre ter Ştegen mövsümün qalan hissəsini “Barselona”da keçirməyəcək."Football-plus.az" xəbər verir ki, almaniyalı qapıçısı komandasını dəyişəcək.
Kataloniya klubu ilə “Jirona” arasında onun icarəsi ilə bağlı razılıq əldə olunub. Müqavilə 30 iyun tarixinədək qüvvədə olacaq.
Hazırda yalnız sənədlərin tərtibi və imzalanması qalıb.“Marka”nın məlumatına görə, hər hansı gözlənilməz problem yaranmasa, Ter Ştegen La Liqanın 21-ci turunun “Xetafe” ilə oyununda “Jirona”nın heyətində meydana çıxa bilər.İcarə müddətində futbolçunun maaşının böyük hissəsini “Barselona” ödəyəcək.
Buna səbəb “Jirona” üçün qapıçının illik 17 milyon avro məvacibinin ağır olmasıdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu